Dünyanın ən varlı beş adamı...
Tarix: 02-08-2023 12:54 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Dünyanın ən varlı beş adamı...

“Bloomberg” agentliyi planetin ən varlı adamlarının yeni reytinqini dərc edib. Bu reytinqə əsasən kasıbların pulu getdikcə azaldığı kimi, milyarderlər keçən müddət ərzində daha da varlanıblar.

Reyting.az
xəbər verir ki, milyarderlər siyahısına başçılıq edən “Telsa”nın qurucusu və “Twitter”-in sahibi, ixtiraçı İlon Maskın sərvəti ilin əvvəlindən 105 milyard dollar artaraq 242 milyard dollara çatıb.

İkinci yerdə dünyanın ən zəngin insanlarının ilk beşliyinə daxil olan yeganə avropalı Bernard Arnault qərar tutub. Onun sərvəti ilin əvvəlindən 36,1 milyard dollar artaraq 198 milyard dollar təşkil edib. 74 yaşlı Arnault 70-ə yaxın tanınmış moda və kosmetika brendini birləşdirən dünyanın ən böyük lüks mallar şirkəti “Moet Hennessy Louis Vuitton”un (LVMH) baş direktorudur.

“Amazon”un qurucusu Ceff Bezos 157 milyard dollarla üçüncü yerdədir. Onun sərvəti ilin əvvəlindən 49,9 milyard dollar artıb.

Xeyriyyəçi və “Microsoft”un keçmiş ən böyük səhmdarı Bill Qeyts “Bloomberg”-in milyarderlər siyahısında dördüncüdür. İlin əvvəlindən bu yana onun sərvəti 26,9 milyard dollar artaraq 136 milyard dollar olub.

Planetin ən varlı adamları arasında ilk beşliyi tamamlayan “Oracle”-nin qurucusu Larri Ellisondur. Onun sərvəti ilin əvvəlindən 39,5 milyard dollar artaraq 131 milyard dollara çatıb.

Ümumilikdə planetin ən varlı adamlarının onluğundakılar bu ilin əvvəlindən 443,2 milyard dollar qazanıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}