Rusiyadan Türkiyəyə pul köçürmələri ilə bağlı problemin həlli ləngiyəcək
Tarix: 18-01-2024 16:12 | Bölmə: İqtisadiyyat
Rusiyadan Türkiyəyə pul köçürmələri ilə bağlı problemin həlli ləngiyəcək

Türkiyənin özəl bank sektoru Rusiyadan pul köçürmələri ilə bağlı mövcud problemlərin yaxın gələcəkdə həll oluna biləcəyini gözləmir.

Reyting.az
xəbər verir ki, bunu TASS-ın bank sektorundakı mənbəyi deyib.

“Mövcud vəziyyət elədir ki, sektor Rusiyadan transferlərlə bağlı problemin operativ həllinə ümid etmir”, - həmsöhbət bildirib.

Mənbə qeyd edib ki, onun müşahidələrinə görə, hazırda Türkiyədə özəl banklar vasitəsilə Rusiyadan pul köçürmələri həyata keçirilmir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}