20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Dünya bazarı: Azərbaycan nefti yenidən ucuzlaşır
Tarix: 23-05-2024 09:35 | Bölmə: İqtisadiyyat
Dünya bazarı: Azərbaycan nefti yenidən ucuzlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,69 ABŞ dolları, yaxud 0,82 faiz azalaraq 83,54 ABŞ dolları təşkil edib.

Reyting.az
xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 81,48 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər