Agentliyin tenderi ləğv olunub
Tarix: 30-01-2025 10:03 | Bölmə: İqtisadiyyat
Agentliyin tenderi ləğv olunub

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin içməli suyun və pompanın alınması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

Məlumata görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Ona görə də müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqənin tamamlanması mümkün olmayacaq.

Tenderin ümumi dəyəri 2 100 AZN olub(Pravda.az).




Bölməyə aid digər xəbərlər
22-01-2025, 11:23 Dəfn pulu artırılır