20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avtomobil yolları üçün yük norması artırılıb
Tarix: 26-07-2019 13:02 | Bölmə: İqtisadiyyat
 Avtomobil yolları üçün yük norması artırılıb

Azərbaycanda avtomobil yolları üçün hesabi yük norması artırılıb. Nazirlər Kabineti bununla bağlı "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

İndiyə qədər avtomobil yolları layihələndirilərkən hesabi yük (iki oxlu avtomobilin ən çoxu yüklənmiş tək oxuna düşən yük) I—IV dərəcəli yollarda — 100 (10 t) kN, V dərəcəli yollarda — 60 (6 t) kN qəbul edilib.

IV dərəcəli yollar üzrə oxuna düşən yükü 60 kN (6 t)-dan böyük olan avtonəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulmadıqda, həmin yollar 60 (6 t) kN hesabi yükə layihələndirilib.

Dəyişikliyə əsasən, artıq hesabi yük yol dərəcələrinə görə deyil, yol geyimlərinə görə hesablanacaq. Eyni zamanda hesabi yük normaları da artırılıb. Başqa sözlə, bundan sonra avtomobil yolları layihələndirilərkən hesabi yük (ikioxlu avtomobillərin ən çox yüklənmiş tək oxuna düşən yük) əsaslı tip yol geyimləri üçün115 kN (11,5 t), yüngülləşdirilmiş və keçid tipli yol geyimləri üçün 100 kN (10 t) qəbul ediləcək. Beynəlxalq daşımaları həyata keçirən ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti üzrə nəzərdə tutulan yollar (marşrutlar) üçün isə hesabi yük 130 kN (13 t) qəbul ediləcək.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər