Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Şaraa Əsədi geri almaq istəyir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 16-11-2016 14:38 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalama mərasimi keçirilib.
Reyting.az saytı İİTKM-ə istinadla xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlər və görüləcək tədbirlər haqqında məlumat verib. Akademik bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına xidmət edəcək: "AMEA Sərəncamdan irəli gələrək Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görəcək”.
A.Əlizadə İİTKM ilə imzalanacaq memoranduma da toxunub. Vurğulayıb ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, birgə islahat təşəbbüsləri ilə çıxış edilməsi üzrə qarşılıqlı faydalı münasibətlər qurmağa və inkişaf etdirməyə çalışacaqlar.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı "Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu və iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində dünya iqtisadiyyatında elmi araşdırmalara 2 trilyon ABŞ dollarından artıq vəsait xərcləndiyini deyən V.Qasımlı Azərbaycanda həm dövlət, həm də özəl sektorun idarəetmə, bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşaraq rəqabət qabiliyyətini yüksəldəcəyinə əminliyini bildirib.
İcraçı direktor vurğulayıb ki, qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcək: "Qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal trendlərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcək. Azərbaycan bilik iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirəcək. Sərmayənin biliyə, biliyin isə sərmayəyə çevrilməsi hesabına daha çox dəyərin ölkəmizdə qalmasına çalışmalıyıq. AMEA-nın Yüksək Texnologiyalar Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması istiqamətində atılan müsbət bir addımdır. AMEA və İİTKM arasında əməkdaşlıq ölkədə bilik iqtisadiyyatı quruculuğuna öz töhfəsini verəcək".
Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri çıxış edərək imzalanacaq memorandumun gələcəkdə də iki qurum arasında əməkdaşlığın inkişafına və birgə mühüm tədbirlərin həyata keçirilməsinə rəvac verəcəyini bildiriblər.
Sonda AMEA ilə İİTKM arasında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı imzalayıblar.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər