18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun iclası keçirilib
Tarix: 10-12-2021 17:22 | Bölmə: İqtisadiyyat
Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun iclası keçirilib

iznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.

Reyting.az
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda aidiyyəti dövlət qurumlarının, ticarət və sənaye palatalarının, digər aidiyyəti qurum və şirkətlərin məsul şəxsləri iştirak ediblər.

Nazir müavini Niyazi Səfərov hesabat dövrü ərzində ölkəmizdə xarici ticarət sahəsində əlverişli biznes mühitinin yaradılması ilə bağlı həyata keçirilmiş tədbirlər haqqında məlumat verib, bu tədbirlərin beynəlxalq indekslərdə ölkəmizin mövqeyinin daha da yüksəlməsinə töhfə verəcəyini bildirib.

Tədbirdə 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlər haqqında müzakirələr aparılıb, əvvəlki iclas Protokolunun qərarlar bölməsindəki tədbirlərin icra vəziyyəti ilə bağlı işçi qrupun üzvlərinin çıxışları dinlənilib, habelə 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilərək yekun layihənin Komissiyanın Katibliyinə təqdim edilməsi tövsiyə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər