18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Omikron” neft bazarından yan keçəcək?
Tarix: 14-12-2021 13:54 | Bölmə: İqtisadiyyat
“Omikron” neft bazarından yan keçəcək?

OPEK ekspertləri koronavirusun yeni ştammının yaxın perspektivdə neft bazarına ciddi təsir göstərə bilməyəcəyinə əmindirlər.

“Dünya artıq koronavirusun mövcudluğuna uyğunlaşıb və onun yeni ştammının peyda olması neft birjalarındakı indiki vəziyyəti dəyişmək gücündə deyil”. Rambler.ru-nun yaydığı xəbərə görə, belə bir qənaətə OPEK ekspertləri gəlib. Onların bu nikbin proqnozları neft ixrac edən ölkələrin təşkilatının (OPEK) aylıq icmalında dərc olunub. Ekspertlərin araşdırmalarının nəticələri dünən təşkilatın saytında da yerləşdirilib.

Kənar analitiklərin fikrincə, “omikron”un dünya ölkələrinin neft istehlakına mümkün təsiri “yumşaq və qısamüddətli” ola bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər