18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Oyunlardan qazanılan 500 manata qədər uduş vergidən azad olunacaq
Tarix: 20-12-2021 17:42 | Bölmə: İqtisadiyyat
Oyunlardan qazanılan 500 manata qədər uduş vergidən azad olunacaq

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, dəyişikliklə idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi nəzərdə tutulur, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manata qədər (əvvəl 10 manat idi) uduşlar gəlir vergisindən azad edilir

Digər dəyişikliklə isə idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilir (operatorlar və təşkilatçılar dövriyyədən 6%, satıcılar isə onlara çatacaq komisyon haqqından 4%). Əvvəl gəlir və mənfəət vergisi ödəyirdilər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər