18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ-da inflyasiya 40 il əvvəlki rekorda yaxınlaşır
Tarix: 16-01-2022 14:08 | Bölmə: İqtisadiyyat
ABŞ-da inflyasiya 40 il əvvəlki rekorda yaxınlaşır

“Unisersal Kapital” şürkətinin baş analitiki Dmitri Aleksandrov hesab edir ki, Amerikanın Federal Rezerv Sistemi ölkədə pozulmuş istehsalat-loqistik prosesləri tənzimləmək gücündə deyil.

Maliyyə sahəsi üzrə ekspert Aleksandrov hesab edir ki, Amerikada əsas stavkaların yüksəlişi artıq mart ayında başlaya bilər və bu, ötən əsrin 80-ci illərindəki rekord inflyasiya fonunda qaçılmaz addım sayılacaq: “Amma burada incə bir nüans var: inflyasiya yalnız dövriyyədəki pul kütləsinin kəskin çoxalması səbəbindən deyil, həm də istehsal və loqistik proseslərdə ticarət müharibələri və lokdaunlarla müşayiət olunan ciddi pozuntulara görə artır”.

Yeri gəlmişkən, ABŞ Əmək Nazirliyinin məlumatına görə, keçən ilin yekunlarına əsasən, ölkədə illik inflyasiya 6,8 faizdən 7 faizə yüksəlib. Yalnız ötən ilin dekabrında istehlak qiymətləri 0,5 faiz artıb. Ekspertin proqnozlarına görə, ABŞ-da inflyasiya son 40 il ərzində maksimum göstəricinə sürətlə yaxınlaşmaqdadır. 1982-ci ilin altı ayının yekunları üzrə bu göstərici 7,2 faiz təşkil etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər