20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mərkəzi Bankda yeni departament və şöbələr yaradılıb - Yeni təyinatlar
Tarix: 08-08-2022 15:18 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankda yeni departament və şöbələr yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə, "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti"nə dəyişdirilib.

Reyting.az
xəbər verir ki, digər əmrlə Mərkəzi Bankın "Maliyyə Monitorinqi Bölməsi"nin bazasında "Maliyyə Monitorinqi Departamenti", əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb: "İndiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub. Bundan əlavə, Mərkəzi Bankında daha 4 yeni şöbə- Yeni binanın tikintisi şöbəsi, Lisenziyalaşdırma şöbəsi, İnformasiya və kibertəhlükəsizlik şöbəsi və Əməliyyat riskləri şöbəsi yaradılıb. Müvafiq əmrlərlə İnformasiya və kibertəhlükəsizlik şöbəsinə Elvin Şahverdiyev, Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin olunublar".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər