20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Misli” və “Poz, qazan” lotereyaları insanları aldadır
Tarix: 07-09-2022 10:55 | Bölmə: İqtisadiyyat
“Misli” və “Poz, qazan” lotereyaları insanları aldadır

Son aylar “Misli” və “Poz, qazan” lotereyalarına maraq kəskin şəkildə azalıb. Məlumata görə, “Azərlotereya” ASC tərəfindən təşkil edilən və sadə vətəndaşların qumar adlandırdığı bu oyunlar insanların etimadını qazana bilmir. Hər dəfə aldığı kupon boşa çıxan, uduzan şəxslər anlayırlar ki, şirnikləndirici mahiyyət daşıyan “Poz, qazan”larla insanları aldadırlar.

Əgər kupon alanlar arasında hər 10 nəfərdən heç olmasa, 4 nəfəri qalib gəlsəydi, bəlkə də bu oyuna inam yaranardı. Belə olmadığı üçün “Azərlotereya”nın bu layihəsi batmaq üzrədir.

Reyting.az-ın xəbərinə görə, sosioloq Elçin Bayramlı TİA.Az-a deyib ki, artıq insanların çoxu bu oyundan xeyir gəlmədiyini başa düşüb.

E. Bayramlının sözlərinə görə, əhalinin lotereyalara olan inamı getdikcə azalacaq, lakin yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar.

E. Bayramlının fikrincə, lotereya bumunun yaranması üçün adətən iki səbəb olur:

“Birincisi, əhalinin sosial vəziyyəti ağırlaşanda insanlar çıxış yolunu bunda görürlər,

ikincisi, lotereyalara əvvəlcədən buraxılan uduşları qazananda insanlar arasında bu məlumat tez yayılır və maraq yaranır”.

E. Bayramlı deyib ki, əvvəlcə uduşlar çox buraxılır, lotereyalar kütləviləşəndən sonra isə uduşlar azalır: “Artıq insanların çoxu başa düşdü ki, bu oyunlarda nadir hallarda nəsə qazanmaq olar. Çünki bir nəfərin udması üçün neçə min nəfər uduzmalıdır”.

Sosioloq hesab edir ki, lotereya bundan artıq irəli gedə bilməzdi: “Ona görə də proses getdikcə zəifləyəcək. Bunun qarşısını almaq üçün yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar ki, insanların son qəpiklərini də əllərindən alsınlar.

Ümumiyyətlə, lotereya açıq-aşkar qumardır. Faktiki olaraq yığılan pulun - hələ rəsmi deyilən məlumatlarda - cəmi 50 faizinin uduşa buraxıldığı göstərilir”.

E. Bayramlı əlavə edib ki, lotereyalar neçə insanın bədbəxtliyinə səbəb olub, buna görə ailələr dağılıb və bu məsələlərə olduqca ciddi yanaşılmalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər