20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
IMF Azərbaycanın iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb
Tarix: 11-10-2022 18:02 | Bölmə: İqtisadiyyat
IMF Azərbaycanın iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanın ümumi daxili məhsul istehsalının (ÜDM) 3,7 % artacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun aprel ayı proqnozu ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycan iqtisadiyyatının 2,5 % böyüyücəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 faiz bəndi azdır. Valyuta Fondu ÜDM artımını 2027-ci ildə 2,5 % səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, ölkə iqtisadiyyatı 2021-ci ildə 5,6 % artıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər