20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Azercell” və tərəfdaşı ölkə qanunlarını pozur
Tarix: 09-12-2022 10:05 | Bölmə: İqtisadiyyat / Xəbərlər
“Azercell” və tərəfdaşı ölkə qanunlarını pozur

Abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telekom” MMC ilə tərəfdaşı “L-SİM” MMC arasında bağlanmış müqavilələrdə antiinhisar qanunvericiliyinin tələbləri pozulub.

Reyting.az
xəbər verir ki, bu qanunsuzluğu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşkar edib və hər iki müəssisə barədə iş qaldırılıb.

İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən olunub.

Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyənləşib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstərişi təqdim edilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası ilə üzləşib.




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər