Ərdoğan taxıl sazişinin uzadıldığını açıqlayıb
Tarix: 17-05-2023 18:12 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Ərdoğan taxıl sazişinin uzadıldığını açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin daha 60 gün uzadıldığını bildirib.

Reyting.az
xəbər verir ki, Ərdoğan taxıl sazişinin uzadılmasına görə Rusiya prezidenti Putinə, Ukrayna prezidenti Zelenskiyə və BMT Baş katibi Quterreşə təşəkkür edib.

Taxıl sazişinin uzadılması Rusiya, Ukrayna və Ərdoğanın konstruktiv kampaniyaları sayəsində mümkün olub.

Xatırladaq ki, bir neçə saat əvvəl Ukrayna Xarici İşlər Nazirliyi taxıl sazişinə və onun davam etdirilməsinə təhlükə yarandığını bəyan etmişdi.

Qeyd edək ki, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracına dair saziş sabah, mayın 18-də başa çatır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}