23:11 / 26-06-2019
Gənc qız dənizdə boğuldu
17:23 / 26-06-2019
Qusar rayonuna dolu yağıb
17:21 / 26-06-2019
Ermənistanda hərbçi öldü
16:31 / 26-06-2019
Oliqarxlara qarşı qiyam
FHN əhaliyə müraciət ünvanlayıb - Xəbərdarlıq
Tarix: 04-01-2019 23:32 | Bölmə: Xəbər lenti
FHN əhaliyə müraciət ünvanlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

FHN-in rəsmi saytında yayılan müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması təhlükə yaradır.

«Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir», – nazirlik bildirir.

Müraciətdə yazılır ki, ilk növbədə qaz cihazı saz və standartlara uyğun quraşdırılmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Üstəlik, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər açılmalıdır.

«Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir», – deyə FHN qeyd edir.

Nazirlik bildirir ki, dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad olunmalı, təcili tibbi yardım çağırılmalıdır.

Xatırladaq ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən hələ ötən (2018) ilin sonlarında bildirmişdilər ki, payız mövsümündə 46 nəfər dəm qazından zəhərlənib.

Azərbaycanda hər qış fəslində dəm qazı zəhərlənməsi narahatlıq doğurur. Bəzi ekspertlər əhaliyə verilən qazın tərkibində problemlər olduğunu düşünürlər. Hərçənd, rəsmilər bunu qəbul etmirlər. Onlar dəm qazı zəhərlənməsini, əsasən, bacaların təmizlənməməsi və başqa təhlükəsizlik tədbirlərinin görülməməsi ilə izah edirlər.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
25-06-2019, 23:44 Fuad Abbasov Bakıya gəldi

{sape_links}{sape_article}