Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı uşağıdır
Tarix: 23-05-2019 13:12 | Bölmə: Xəbərlər
Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı uşağıdır

“Forbes” jurnalı Rusiya milyarderlərinin ən varlı uşaqlarının reytinqini açıqlayıb.

Reyting.az bildirir ki, məqalədə Rusiyada varidatları 440 milyard dollar dəyərləndirilən 103 milyarderin olduğu qeyd edilir.

Əgər bu məbləği onların ümumi uşaqlarının (304) sayına bölsək, onda onların hamısı 1,45 milyard dollarlıq orta vəziyyətdə milyarder olacaqlar.

Reytinqə “LUKoyl”un ən böyük səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif başçılıq edir. Onun 21,8 milyard dollara varis olmaq şansı var.

İkinci sırada “NOBATEK” qaz şirkətinin idarə heyətinin sədri Leonid Mixelsonun iki övladıdır. Onlaın payına 12,2 milyard dollar düşür.

Üçüncü yerdə Dmitri, Yuri və Anastasiya Lisinalardır. Onların ataları Yeni Lipetsk metallurgiya kombinatının və Universal Cargo Logistics Holdingin sahibi Vladimir Lisindir. O, övladlarının hərəsinə 7,6 milyard dollar verə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}