07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ermənistan silahlıları mövqelərimizi atəşə tutub
Tarix: 10-06-2019 09:34 | Bölmə: Xəbərlər
Ermənistan silahlıları mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Kürdlər kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}