Yəməndə hər iki saatda 1 ana və 6 körpə ölür
Tarix: 11-06-2019 06:52 | Bölmə: Xəbərlər
 Yəməndə hər iki saatda 1 ana və 6 körpə ölür

BMT-nin Uşaq Fondu (UNICEF) Yəməndə hamiləlik müddətində və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpənin öldüyünü açıqlayıb.

"Anadolu" agentliyi bildirir ki, UNİCEF-in yazılı hesabatına görə, buna səbəb ölkədə illərdir davam edən vətəndaş müharibəsidir. Müharibə hamilə qadınların və körpələrin fiziki cəhətdən zəifləməsinə, bu isə öz növbəsində ölüm hallarının atmasına səbəb olub. Onlar əhalinin ən zəif sosial qrupudur.

Məlumata görə, Yəmən müharibə səbəbindən regionun ən yoxsul ölkələrindən birinə çevrilib: "Ölkədə hamiləlik və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpə ölür. Yəməndə yoxsulluq üzündən evlərdəki doğuş halları artıb. Ölkədəki səhiyyə müəssisələrinin yüzdə əlli biri tam gücü ilə fəaliyyət göstərir". Bildirilir ki, həmin müəssisələrdə də tibbi personal kifayət qədər deyil.

Qeyd edək ki, artıq bir neçə ildir Yəmədə husilərlə hökumət qüvvələri arasında döyüşlər gedir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}