Güclü külək və dolu bölgələrdə fəsadlar törədib - Foto
Tarix: 12-07-2019 20:01 | Bölmə: Xəbərlər
Güclü külək və dolu bölgələrdə fəsadlar törədib

Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb.

Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələtinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Güclü külək və dolu bölgələrdə fəsadlar törədib

Eyni zamanda güclü külək Şəmkir, Tovuz və Ağstafa rayonlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən bəzi ərazilərdə elektirik enerjisinin verilməsində fasilələr yaranıb.

Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.

Qeyd edək ki, bölgələrdə küləkli və yağıntılı hava şəraiti davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}