Doqquz nəfər təyyarə qəzasında öldü
Tarix: 14-07-2019 21:53 | Bölmə: Xəbərlər
Doqquz nəfər təyyarə qəzasında öldü

İsveçin şimalında göyərtəsində 9 nəfərin olduğu kiçik idman təyyarəsi qəzaya uğrayıb.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qəza təyyarə havaya qalxandan az sonra Umeo şəhəri ərazisində qeydə alınıb.

Hadisənin səbəbi hələ ki məlum deyil, ancaq qeyd edilir ki, təyyarədəkilərin hamısı paraşütçülər olub.

Onların meyitləri təyyarənin yaxınlığında aşkar olunub. Şahidlərin sözlərinə görə, adamlar yerə düşən təyyarədən özlərini atıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}