Şamaxıda ev, Bakıda avtomobil yanıb
Tarix: 15-07-2019 00:46 | Bölmə: Xəbərlər
Şamaxıda ev, Bakıda avtomobil yanıb

Şamaxı rayonunun Çuxuryurd kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və 2-ci mərtəbəsində mətbəxin taxtadan ibarət tavanı 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən mühafizə olunub.

Digər yanğın hadisəsi Bakı şəhərinin Xətai rayonunda baş verib. Çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin isə güzgüsü əriyib. Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillərin yanmaq təhlükəsinin qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}