Bakıda yumurtadan kütləvi zəhərlənmə
Tarix: 17-07-2019 14:03 | Bölmə: Xəbərlər
Bakıda yumurtadan kütləvi zəhərlənmə

"Sədərək" Ticarət Mərkəzində, Meyvəli bazarında 4 nəfər yumurtadan zəhərlənib.

Reyting.az apa-ya istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təcili yardıma ilk çağırış saat 10.14-də daxil olub.

"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə (KTM) gətiriblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. KTM-dən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır", - məlumatda qeyd edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}