Bəzi vəzifələrin tutulma qaydaları dəyişib - Fərman
Tarix: 19-07-2019 19:39 | Bölmə: Xəbər lenti
Bəzi vəzifələrin tutulma qaydaları dəyişib

Yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrində vəzifələrin tutulması təyinat əsasında həyata keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmanla “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrində vəzifələrin tutulması müsahibə əsasında həyata keçirilməyəcək.

Digər dəyişiklikdə bu Qaydanın Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə də şamil olunmayacağı əksini tapıb. Bu vəzifələrə təyinat müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

Beləliklə, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası” “Dövlət qulluğu haqqında” Qanununa əsasən, birinci–beşinci kateqoriya dövlət orqanlarında (Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci–yeddinci təsnifatına (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edəcək.

İndiyə qədər bu Qayda “Dövlət qulluğu haqqında” qanununa əsasən, birinci–beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edib.(Mənbə:APA)скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}