Nazir oğlu müzakirəyə səbəb olub: “Rəqqas odur!”
Tarix: 13-08-2019 10:46 | Bölmə: Xəbərlər
Nazir oğlu müzakirəyə səbəb olub: “Rəqqas odur!”

Son günlərdə İranın sosial şəbəkə istifadəçiləri bir rəqqasla bağlı geniş müzakirə aparırlar. “Bu, İslam Respublikasının rifah və sosial müdafiə nazirinin oğludur”. Şərhlərin bir çoxunda onun şəxsiyyəti belə müəyyən edilib.

Reyting.az
“Axərin xəbər”ə istinadla xəbər verir ki, əslində, video filmdə rəqs edən şəxs nazir Məhəmməd Şəriətmədarinin oğlu deyil, həm də onunla ən kiçik zahiri bənzərliyi yoxdur. Bu, İran-Fransa mənşəli, 50 yaşlı aktyor Şahruh Meşkin Qələmdir.

Rifah və sosial müdafiə nazirinin oğlu Əmir Hüseyn Şəriətmədari əcnəbi aktyordan yaşca xeyli kiçikdir. Amma o da aktyordur və "Sunami", "Nelson Mandela", "Şəhrzad" və "Ölümsüzlük" kimi filmlərdə çəkilib.

Xatırladaq ki, bir müddət əvvəl Şəriətmədarinin kürəkəni dövlət mülkiyyətini mənimsəmə ittihamı ilə azadlıqdan məhrum edilib. Nazirin və ailəsinin ictimai diqqət mərkəzinə düşməsi də həmin vaxtdan başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}