11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İsrail İrana 3 zərbə endirib – İraqda
Tarix: 21-08-2019 17:22 | Bölmə: Xəbərlər
İsrail İrana 3 zərbə endirib

Rusiya və ABŞ-a “yaşıl işıq” yandırdıqdan sonra İsrail son bir neçə həftə ərzində İraqdakı İran hədəflərinə ən azı 3 dəfə zərbə endirib.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, İsrail bunu "təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb edir",- kimi əsaslandırıb.

Nəşrin yazdığına görə, Suriya və İraqdakı İran fəaliyyətini izləməyə davam etməsinə icazə verilməsi və təhlükə yarada biləcək İran hədəflərinə zərbə vurması razılaşdırılıb.

İsrail İranın Suriyada varlığına imkan verməyəcəyi barədə dəfələrlə xəbərdarlıq edib və yüzlərlə hava hücumu həyata keçirib.

Çərşənbə axşamı partlayışlar İraqın paytaxtı Bağdadın şimalında, Balad aviabazasının yaxınlığında “Xalq Səfərbərlik Qüvvələri”nə (“Haşdi-Şəabi”) məxsus silah anbarında baş verib.

"Al Arabiya"-nın verdiyi xəbərə görə, zərbələrin hədəfi bu yaxınlarda İraqa verilmiş raketlər olub. “Sky News” xəbər verir ki, həmlə zamanı ən az 50 raket məhv edilib.

Keçən həftə isə Bağdadın cənub-qərbində başqa bir silah anbarı hədəfə alınıb, bir mülki vətəndaş öldürülüb və 13 nəfər yaralanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}