Həsən Ruhani: “İran öhdəliklərə sadiq qalmağa hazırdır”
Tarix: 11-09-2019 20:57 | Bölmə: Dünya
Həsən Ruhani: “İran öhdəliklərə sadiq qalmağa hazırdır”

İran prezidenti Həsən Ruhani fransalı vəzifədaşına zəng edib.

Reyting.az
“Təsnim”ə istinadla xəbər verir ki, o, Avropa ilə razılaşmaların əldə ediləcəyi təqdirdə, İran öhdəliklərə sadiq qalmağa hazırdır.

Həsən Ruhani Fransa prezidentinə İranın öhdəliklərini azaltmaq səylərinə görə təşəkkür edib: "İranın üçüncü addımı Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır və eyni zamanda geri dönüş potensialına sahibdir".

İran prezidenti ABŞ-la danışıqların yalnız sanksiyaların ləğvi halında mümkün olduğunu bildirib.

Ruhani, eyni zamanda, Fars körfəzi və Oman dənizi də daxil olmaqla, dünyada su yollarının təhlükəsizliyini gücləndirməyin dünyaya, o cümlədən Avropa İttifaqı və hətta ABŞ-ın maraqlarına uyğun olduğunu vurğulayıb.

ABŞ rəsmiləri ilə apardığı danışıqları izah edən Fransa prezidenti səylərini davam etdirdiyini söyləyib.

İki ölkə prezidentləri də məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}