Daha 8 qanun dəyişəcək - Azərbaycanda
Tarix: 17-09-2019 16:28 | Bölmə: Xəbərlər
Daha 8 qanun dəyişəcək - Azərbaycanda

Bu gün Azərbaycan Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda komitə sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə barədə hesabat verib.

Sonra Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

İclasda “Məişət zorakılığının qorunması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” dəyişiklik layihələri müzakirə olunub. Bildirilib ki, layihələr uyğunlaşdırma xarakterlidir.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}