İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb - Foto
Tarix: 25-01-2020 20:14 | Bölmə: Xəbərlər
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb

35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə yanvarın 25-də Xətai rayonundakı Mehmandarov küçəsi, 68 ünvanında yaşayan sakinlərlə görüşüb.

Axşam saatlarında baş tutan görüşdə yüzlərlə seçici iştirak edib. Havanın soyuqluğuna baxmayaraq əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də izdiham müşahidə olunub.

Deputatlığa namizəd çıxış edərək seçicilərin məhəlli problemlərinə, eləcə də ölkə səviyyəsindəki problemlərə toxunduqdan sonra sakinlər İqbal Ağazadəyə ötən seçkilərdə olduğu kimi, bu parlament seçkilərində də dəstək verəcəklərini ifadə ediblər.

Deputatlığa namizəd də öz növbəsində ona açıq dəstək ifadə edən seçicilərə təşəkkürünü bildirib və onları fevralın 9-da hamılıqla səsvermə məntəqələrinə dəvət edib.

İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}