Bakı polisi 47 cinayətin üstünü açıb – 36 şəxs saxlanılıb
Tarix: 15-02-2020 09:13 | Bölmə: Xəbərlər
Bakı polisi 47 cinayətin üstünü açıb – 36 şəxs saxlanılıb

Paytaxtın polis orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb. Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}