Bir neçə mağazada yanğın baş verib
Tarix: 23-02-2020 10:35 | Bölmə: Xəbərlər
Bir neçə mağazada yanğın baş verib

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən mağazaların lambirindən ibarət tavanı və dam örtüyü 40 m² sahədə, içərisindəki mallar 10 m² sahədə yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}