Xəstəxanadan dezinfeksiya vasitəsi oğurlandı - Video
Tarix: 28-03-2020 12:38 | Bölmə: Xəbərlər
Xəstəxanadan dezinfeksiya vasitəsi oğurlandı

Dünyanın koronavirusla mübarizə apardığı bu günlərdə vətəndaşların xəstəxanadan dezinfeksiya vasitələrini oğurlaması faktlarına da rast gəlinir.

Reyting.az
xəbər verir ki, növbəti belə bir oğurluq hadisəsi qardaş Türkiyədə qeydə alınıb.

Kocaelində yerləşən Darıca Farabi Elm və Araşdırma Xəstəxanasında COVİD-19 epidemiyasına görə qoyulan dezinfeskiya qutusu oğurlanıb.

Oğurluq hadisəsi xəstəxananın təhlükəsizlik kameraları tərəfindən görüntülənib.

Görüntüləri sosial şəbəkədəki hesabında paylaşan xəstəxananın baş həkimi Mustafa Günəş vətəndaşları belə hərəkətlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, bu hadisəyə görə hər hansı cinayət işinin açılmadığı bildirilib.






Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}