Facebook siyasi reklamı qadağan etmək istəyir
Tarix: 11-07-2020 09:12 | Bölmə: Xəbərlər
Facebook siyasi reklamı qadağan etmək istəyir

“Facebook” rəhbərliyi bu ilin noyabr ayında ABŞ-da keçiriləcək Prezident seçkiləri öncəsi sosial şəbəkədə siyasi reklam yerləşdirilməsinə qadağa tətbiqini nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, hələ də müzakirə olunan mümkün qadağada məqsəd
“Facebook” istifadəçilərini seçki ilə əlaqəli yanlış ola biləcək məzmundan qorumaqdır.

Bununla yanaşı, “Facebook” rəhbərliyi reklam qadağasının seçki kampaniyasına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, yeni məlumatlara cavab imkanlarını məhdudlaşdıracağına dair narahatlıq keçirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}