Yeni YouTube kanalı yayıma başlayıb - Video
Tarix: 11-08-2020 19:40 | Bölmə: Xəbərlər
Yeni YouTube kanalı yayıma başlayıb - Video

"Xalq Cəbhəsi" Media Qrupunun eyni adlı YouTube kanalı fəaliyyətə başlayıb.

Reyting.az
xəbər verir ki, “Xalq Cəbhəsi TV”-nin redaktoru tanınmış jurnalist və aparıcı Eldəniz Vəliyevdir.

"Xalq Cəbhəsi" ilk buraxılışında erməniləri qorxuya salan İrəvan Türk Cümhuriyyətindən danışılıb.

Məlum olduğu kimi, bir neçə gün əvvəl İrəvan Türk Cümhuriyyətinin məhz Türkiyədə elan olunması ermənilərin ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, tarixi Azərbaycan torpaqlarının qaytarılması fikrini əsas tutan İrəvan Türk Cümhuriyyəti hələ ki, təşkilatlanma mərhələsindədir. Elan olunan zaman, müəyyən səviyyələrdə etirazlar səslənsə də, ümumilikdə, bu cümhuriyyət ideyası əksəriyyət tərəfindən dəstəklənir.

Reyting.az “Xalq Cəbhəsi TV”-nin ilk verilişini təqdim edir:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}