Peyvəndin əks təsirləri varmı? - Britaniya mediası
Tarix: 02-12-2020 12:00 | Bölmə: Xəbərlər
Peyvəndin əks təsirləri varmı? - Britaniya mediası

Dünyada koronavirusa qarşı bir sıra peyvəndlər sınaqdan keçirilməkdədir. Bunlardan ən məşhurları “Pfizer”-“BioNTech” şirkətlərinin, “Moderna” şirkətinin və “Oxford/AstraZeneca” şirkətinin hazırda könüllülərər üzərində sınaqdan keçirdiyi peyvəndlərdir. Tezliklər bu və ya digər peyvəndlərin rəsmən lisenziya alacağı və virusa qarşı kütləvi peyvəndələmənin başlanacağı gözlənir. Bəs peyvənd vurulandan sonra insanlarda hansı əks təsirlər yarana bilər? Narahatlığa əsas varmı? Novator.az saytı Böyük Britaniyanın “Northampton Chronicle & Echo” qəzetinin bu mövzuda dərc etdiyi yazını ingiliscədən çevirib. Reyting.az yazını təqdim edir:

Son zamanlar bir sıra ölkələrdə koronavirus əleyhinə peyvəndlərin hazırlanması və onların tətbiqi planları bəzi insanlarda sonradan ortaya çıxa biləcək əks təsirlərlə bağlı narahatlıq yaradıb.

“Pfizer”-“BioNTech”, “Moderna” və “Oxford/AstraZeneca” əczaşılıq şirkətləri hazırladıqları peyvəndlərin son iki həftə ərzində sınaqlardan uğurla keçdiyini və ciddi bir əks təsirin olmadığını bildiriblər. Bununla belə, bir çox insanın peyvənddən sonra bəzi əks təsirlər hiss etməsi ehtimalı böyükdür.

Vaksinlərdən sonra niyə əks təsirlər hiss olunur?

Peyvənd vurulduqdan sonra insanlar əksər halda xoşagəlməz və müvəqqəti xarakter daşıyan bəzi təsirlər hiss edəcəklər. Peyvənd vücudun ummun sisteminin fəaliyyətini artırmaq, infeksiyanı tanımaq və onunla mübarizə aparmaq üçündür.

Edinburq Universitetinin müəllimi, infeksionist Nişa Filipin sözlərinə görə, bir sıra amillər peyvəndin əks təsirinə səbəb ola bilər. Nişa Filip əks təsirlərin ümumiyyətlə yüngül keçdiyini və nadir hallarda baş verdiyini vurğulayır.

Qrip peyvəndi üçün tipik əks təsirlər hansılardır?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində infeksiya riski olan insanlara kömək etmək üçün hər il əhaliyə qrip peyvəndi təklif olunur. Qrip peyvəndləri çox təhlükəsizdir və hamısı çiyin əzələsinə inyeksiya yolu ilə vurulur. Bu peyvəndlərin əks təsiri çox nadir hallarda olur və demək olar ki, bir-iki gün çəkir. Qrip peyvəndinin ümumi simptomları kimi yüksək hərarət və əzələ ağrıları göstərilir.

“Covid-19” vaksini və qrip peyvəndinin əks təsirləri arasında oxşarlıq varmı?

“Covid-19” vaksinin əks təsirləri qrip peyvəndi ilə eynidir. Doktor Nişa Filip vaksinləri cəmiyyətə təqdim etməzdən əvvəl bütün əks təsirlərinin öyrəniləcəyini deyir.

Peyvənddən sonra “Covid-19”un simptomları aşkar edilərsə, nə baş verər?

Peyvəndləmədən sonra insanlar qrip və koronavirus simptomlarına bənzər təsirlərlə qarşılaşa bilərlər. Simptomların koronavirusa xas olmadığını xatırlamaq vacibdir.

Doktor Filip “Pfizer”-“BioNTech” şirkətlərinin və “Moderna” şirkətinin peyvənd sınaqlarından keçənlərin cəmi 10%-də başağrısı və ümumi yorğunluğun olduğunu bildirir. O, simptomların ən gec üç gün ərzində bitdiyini vurğulayır.

Koronavirus vaksini üçün potensial əks təsirlərdən narahat olmağa dəyərmi?

Doktor Filipin sözlərinə görə, bu mövzuda bütün ehtimallar analiz olunur və insanların ən son açıqlanan məlumatlardan xəbərdar olması mütləqdir. Hökumət yalnız bütün təhlükəsizlik işlərini apardıqdan sonra kütləvi peyvəndləməyə başlayacaq.

Doktor Filip peyvənddən əvvəl narahatlığı olan insanlara son təhlükəsizlik məlumatlarını və fərdi şərtlərlə bağlı məlumatları əldə etmək üçün terapevtə müraciət etməyi məsləhət görür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}