Zəngilanda yük maşını körpüdən aşıb – Ölən var
Tarix: 03-12-2020 12:52 | Bölmə: Xəbərlər
Zəngilanda yük maşını körpüdən aşıb – Ölən var

Zəngilan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının rayon ərazisində keçən hissəsində körpüdən aşırıb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}