Yerevanın mərkəzi küçə və prospektlərini bağlayıblar
Tarix: 03-12-2020 20:10 | Bölmə: Xəbərlər
Yerevanın mərkəzi küçə və prospektlərini bağlayıblar

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Yerevan şəhərinin mərkəzi küçə prospektlərini bağlayıblar.

Reyting.az
erməni KİV-lərinə istinadla xəbər verir ki, polislə razılaşmaya əsasən, yolun bağlanması üç dəqiqə davam edib və sonra etirazçılar avtomobillərin hərəkətinə şərait yaradıblar.

Bu ərəfədə fəallar elan ediblər ki, saat 18:00-dan sonra Yerevanın bütün küçələrində trafik dayandırılıb.

Qeyd edək ki, son həftələrdə Yerevanda 17 müxalifət partiyası tərəfindən Paşinyanın istefasını tələb edən etiraz aksiyaları keçirilir. 9 noyabrda Paşinyan tərəfindən Rusiya və Azərbaycan liderləri ilə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatı imzalaması siyasətçiləri və sıravi vətəndaşları qəzəbləndirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}