Jurnalist MİA-da yeni vəzifəyə təyin olunub
Tarix: 16-04-2021 14:44 | Bölmə: Xəbərlər
Jurnalist MİA-da yeni vəzifəyə təyin olunub

ANS telekanalından tanıdığımız jurnalist Rüstəm Əbülfətoğluna Medianın İnkişafı Agentliyində (MEDİA) yeni vəzifə verilib.

Məlumata görə, o, Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsinə təyin olunub

Artıq Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb/Modern.az

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, “Space” və “Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}