Bu gün ilin sonuncu Qədr gecəsidir
Tarix: 09-05-2021 10:03 | Bölmə: Xəbərlər
Bu gün ilin sonuncu Qədr gecəsidir

Bu gün Azərbaycanda sonuncu Qədr (Əhya) gecəsidir.

Sonuncu Qədr gecəsi Ramazanın 26-cı gününə, mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Xatırladaq ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edib.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}