“Bayraktar TB3”ün uçuşu 2022-yə qalıb
Tarix: 22-09-2021 23:24 | Bölmə: Xəbərlər
“Bayraktar TB3”ün uçuşu 2022-yə qalıb

Türkiyənin yeni hücum pilotsuz təyyarəsi “Bayraktar TB3” ilk uçuşunu 2022-ci ildə həyata keçirəcək.

Reyting.az
xəbər verir ki, bunu “Baykar Technologies”in Texniki direktoru Selcuk Bayraktar bildirib.

“Gələcəyə baxanda “Bayraktar TB3” konsepsiyasını görə bilərik. Peyklə idarə olunan bu dron minlərlə kilometr məsafə qət edir. “Bayraktar TB2”-dən bir qədər böyük olan və “Akıncı” PUA-dan daha aşağı olan bir hücum pilotsuz təyyarəsindən bəhs edirik. Pilotsuz uçan aparat, dünyanın bir çox analoqunda olmayan qısa bir uçuş-enmə zolağı olan gəmilərə qalxma və enmə qabiliyyəti ilə seçilir".

Bayraktarın sözlərinə görə, “Baykar Technologies” eyni zamanda yerli pilotsuz hərbi təyyarə hazırlayır və bütün dünyanın gözü bu layihəyə yönəldilib. “Türkiyənin yeni pilotsuz hərbi təyyarələri hərbi sahədə inqilab edəcək. Yeni təyyarə, “Bayraktar TB3” kimi, qısa uçuş -enmə zolaqlarından istifadə edə biləcək", – deyə direktor bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}