Çin "Omikron" ştammına qarşı peyvənd hazırlayır
Tarix: 02-12-2021 19:43 | Bölmə: Xəbərlər
Çin "Omikron" ştammına qarşı peyvənd hazırlayır

Çində koronavirusun "Omikron" ştammına qarşı peyvənd üzərində tədqiqat aparılır.

TASS xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinə istinadən məlumat yayıb.

"Çin peyvəndləri koronavirusun əsas ştamlarına qarşı effektivliyini sübut edib. Biz "Omikron" ştammına qarşı peyvəndin hazırlanması üzərində fəal işləyirik", - məlumatda deyilir.

Komitənin ilkin hesablamalarına görə, "Omikron" delta ştammından daha yüksək yayılma qabiliyyətinə malikdir.

Bundan əvvəl Çinin "Sinovac Biotech" əczaçılıq şirkəti COVID-19 peyvəndini koronavirusun yeni ştammına uyğunlaşdırmağa hazır olduğunu açıqlayıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}