Narkotik tərkibli bitki becərən şəxs saxlanılıb
Tarix: 21-06-2022 10:12 | Bölmə: Xəbərlər
Narkotik tərkibli bitki becərən şəxs saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şorabad kənd sakini Elmin Əliyevi saxlayıblar.

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan “Reytinq”ə bildiriblər ki, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin meşə zolağında əkib yetişdirdiyi külli miqdarda yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}