Şirvan polisi 77 nəfəri saxlayıb - Video
Tarix: 04-08-2022 10:24 | Bölmə: Xəbərlər
Şirvan polisi 77 nəfəri saxlayıb

İyun-iyul ayları ərzində Şirvan şəhəri ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 77 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 52 nəfər narkotik cinayətləri ilə bağlı tutulub. Onlardan 36 nəfər barəsində məhkəmə tərəfindən həbs, 16-sı haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Qeyd edilən dövr ərzində Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9, vətəndaşlara qarşı dələduzluq edən, saxta pul dövriyyəsində şübhəli bilinən, hədə-qorxu ilə pul tələb etmə cinayətləri edən 3 və qanunsuz olaraq odlu silah saxlayan 4 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə ötən illərdən bağlı qalmış 3 oğurluq hadisəsinin üstü açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}