"EGE Hospital"da əməliyyat edilən aktyor iflic olub
Tarix: 03-03-2025 16:29 | Bölmə: Mədəniyyət
"EGE Hospital"da əməliyyat edilən aktyor iflic olub

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Reyting.az
-ın məlumatına görə, bu barədə Oxu.Az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.

O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.

"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə o qeyd edib.




Bölməyə aid digər xəbərlər