Aktyorlar Lələtəpədə əsgərlərlə görüşdü - Fotolar
Tarix: 31-05-2016 13:45 | Bölmə: Mədəniyyət


Füzuli Dövlət Dram teatrının kollektivi Beyləqan və Füzuli rayonunda yerləşən "N” saylı hərbi hissələrdə, Füzuli rayonu istiqamətində aprelin 2-də gedən döyüşlərdə mənfur düşməndən azad edilən "Lələtəpə” strateji yüksəkliyində əsgərlərlə görüşüb.

Görüş zamanı təqdim olunan tamaşa və konsert proqramları zabit və əsgərlərdə ruh yüksəkliyi yaradıb.

Sonda teatr kollektivinin üzvləri mütəmadi olaraq hərbi hissələrdə şəxsi heyətin qarşısında vətənpərvər və əyləncəli musiqi proqramı ilə çıxış etdiklərinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}