Xalq artistinin xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib
Tarix: 29-01-2021 15:10 | Bölmə: Mədəniyyət
Xalq artistinin xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Report”a açıqlamasında xalq artistinin həyat yoldaşı Güllü Hüseynova bildirib.

Onun sözlərinə görə, ötən gün Heydər Əliyev Fondundan zəng edib Rəmişin müalicəsini xəstəxana şəraitində davam etdirilməsinin vacibliyini bildiriblər: “Təcili yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Bu gün həkimlər Rəmişi müayinə edəcəklər. Mən də dünəndən palatada gözləyirəm. Xəstəxanaya gəlməmişdən əvvəl səhhəti pis idi”.

G. Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}