"Səhnədən səngərə: Qazilər" layihəsinin altıncı buraxılışı təqdim olunub - Video
Tarix: 19-01-2022 12:24 | Bölmə: Mədəniyyət
"Səhnədən səngərə: Qazilər" layihəsinin altıncı buraxılışı təqdim olunub

Mədəniyyət Nazirliyi "Səhnədən səngərə: Qazilər" layihəsinin altıncı buraxılışını təqdim edib. Reyting.az xəbər verir ki, bu dəfə Atəş Qarayevin qəhrəmanlığından bəhs olunur.

Dünyanın ən mötəbər səhnələrini səngərə dəyişərək, Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayevin savaşın ən qızğın günlərində də bir arzusu olub: Şəhidlik zirvəsinə ucala bilməsə, qəhrəman oğullarımızın şücaətindən bəhs edən əsər ifa etsin.

Ağır döyüşlərin birində Atəşin dayısı oğlu da canını Vətənə fəda edir.

Bu gün Atəş Qarayev sevdiyi sənəti ilə ölkəmizi yenidən təmsil edir. O, Vətənin azadlığı yolunda çiyin-çiyinə döyüşdüyü şəhidlərin əziz xatirəsini səhnədə də layiqincə yaşadır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}