Bu il də "Xarıbülbül festivalı" və "Vaqif poeziya günləri" Şuşada keçiriləcək
Tarix: 19-01-2022 20:57 | Bölmə: Mədəniyyət
Bu il də "Xarıbülbül festivalı" və "Vaqif poeziya günləri" Şuşada keçiriləcək

Mədəniyyət Nazirliyi bu il də ənənəvi "Xarıbülbül festivalı", "Vaqif poeziya günləri" mədəni tədbirləri Şuşada keçirməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, artıq sorğular müxtəlif qurumlara göndərilib: "2022-ci il cənab Prezident tərəfdən “Şuşa ili” elan olunduğu üçün Nazirlər Kabinetinin tapşırığı ilə tədbirlər planı hazırlanır. Artıq müxtəlif qurumlara sorğular göndərilib. Mədəniyyət Nazirliyi də burada əlaqələndirici rol oynadığını üçün biz təklifləri toplayırıq. Ayın axırına kimi təklifləri toplayıb Nazirlər Kabinetinə təqdim edəcəyik”.

Nazirin sözlərinə görə, nazirliyi Şuşada çoxşaxəli fəaliyyət gözləyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}