Tanınmış aktrisa vəfat edib
Tarix: 24-01-2022 11:05 | Bölmə: Mədəniyyət
Tanınmış aktrisa vəfat edib

Türkiyəli tanınmış aktrisa Fatma Girik 79 yaşında vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Fatma Girik İstanbulda xəstəxanada dünyasını dəyişib.

79 yaşlı aktrisa bir müddət əvvəl döş xəstəlikləri infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.

İlk dəfə 1957-ci ildə “Leke” filmində baş rolu canlandıran aktrisa, 1960-cı çəkildiyi "Ölüm Peşimizdə" filmi ilə daha da məşhurlaşıb. O, ümumilikdə 180-dən çox filmdə rol alıb.

Həyatının sonrakı illərində siyasətə də qədəm qoyan aktrisa 1989-1994-cü illərdə bələdiyyə başçısı olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}