17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müşviq Abbasov: "Hansısa səviyyəsiz, düşüncəsiz, əxlaqsız insanların sözlərinə fikir verməyin"
Tarix: 24-01-2022 13:02 | Bölmə: Mədəniyyət
Müşviq Abbasov: "Hansısa səviyyəsiz, düşüncəsiz, əxlaqsız insanların sözlərinə fikir verməyin"

"Hansısa səviyyəsiz, düşüncəsiz, əxlaqsız insanların sözlərinə fikir verməyin, qulaq asmayın. Təbii ki, komandanın adı "Şuşa" qalıb".

Bunu komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov deyib.

O, buna inanmayanları mart ayında Sankt-Peterburqda keçiriləcək oyuna dəvət edib:

"Bizim birinci şərtimiz o idi ki, biz ya "Şuşa" adı ilə oynayırıq, ya da ümumiyyətlə heç bir çempionatda, turnirdə oynamırıq. Həmin adın saxlanılmasına nail olduq. Mart ayında Sankt-Peterburqda bizim 8/1 final oyunumuz olacaq. Ağzına gələnləri danışan şəxsiyyətsiz məxluqların, canlıların qeyrətləri namusları varsa, Sankt-Peterburqa gəlsinlər, bizim oyunumuza baxsınlar. Görsünlər ki, aparıcı bizim komandanı necə təqdim edəcək. Ondan sonra onlar bu dəfə yazsınlar ki, ay camaat, kim nə neqativ rəy yazmışdısa, kimlər o rəyləri oxuyubsa, həmin şəxslərdən üzr istəyirik. Onların hamısının qarşında baş əyirik, diz çökürük, qələt eləmişik"/Report.

Qeyd edək ki, bir neçə gündür Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi ilə ətrafında gedən müzakirələr səngimək bilmir.

Müşviq Abbasov KİV-ə açıqlamasında adın dəyişdirilmədiyini, mart ayında Sank-Peterburqda “Şuşa” adı ilə çıxış edəcəklərini vurğulayıb.

“KVN”nin rəsmi səhifələrində Premyer Liqada çıxış edəcək komandaların siyahısında isə Azərbaycanı təmsil edən komandanın “Şuşa” deyil, “Buta” adı ilə çıxış edəcəyi göstərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}